“Heç kəs inanmırdı ki, İqorun təyyarəsi qəza edə bilər” – Pilotun qonşusu

Hazırda oxunan: “Heç kəs inanmırdı ki, İqorun təyyarəsi qəza edə bilər” – Pilotun qonşusu

227295

“İqor işinin peşəkarı idi. Heç kəs inanmırdı ki, İqorun təyyarəsi qəza edə bilər”.

Bu sözləri Bizim.Media-ya təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin qonşusu Mehman Söyübov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Həlak olan pilotun 35 illik dostundan AÇIQLAMA – “Qəzadan sonra 38 saniyə danışdıq”


Onun sözlərinə görə İqor 40 ilə yaxındır ki pilot işləyirdi: 

“Eyni blokda yaşayırıq. Yaxın qonşuyuq. İki məktəbli qızı var. Biri 9-cu, digəri 10-cu snif şagirdləridir. Hələ də yoxluğuna inana bilmirik. O, qəhrəman adına layiqdir ki, insanları xilas edə bilib", - deyə qonşusu bildirib.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin