Keçmiş arvadına 17 bıçaq zərbəsi endirdi - Cəlilabadakı qətlin TƏFƏRRÜATI

Hazırda oxunan: Keçmiş arvadına 17 bıçaq zərbəsi endirdi - Cəlilabadakı qətlin TƏFƏRRÜATI

22726

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə mayın 27-si gecə saat 3 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Bayramov Cavid Nəriman oğlu ailə məişət zəminində aralarında yaranan münaqişə zamanı keçmiş həyat yoldaşı, həmkəndlisi, 1975-ci il təvəllüdlü Xanəliyeva Rəna Allahqulu qızına 17 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Məlumata görə, əvvəllər evli olan C.Bayramovla R.Xanəliyeva sonradan aralarında baş verən narazılıqlar səbəbindən boşanıblar.

Onların boşanmasından artıq 10 il ötüb. Ötən gecə isə C.Bayramov R.Xanəliyevanın yaşadığı evə gələrək onunla yenidən barışmaq istədiyini bildirib. Lakin keçmiş ərlə arvadın aralarında mübahisə düşüb və daha sonra kişi R.Xanəliyevanı qətlə yetirib.

Hadisədən sonra yaralı qadını qohumları aşkar edib. R.Xanəliyeva Cəlilabad Rayon Mərkəzi Xətəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, R.Xanəliyevanın 2 övladı var.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Medi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin