“Hökümə səbr və cəsarət göstərdi” – Sərnişin

Hazırda oxunan: “Hökümə səbr və cəsarət göstərdi” – Sərnişin

227243

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində sağ qalan Yekaterinburq (Rusiya) sakini Sübxonkul Rəhimov stüardessa Hökümə Əliyevanın şücaətindən danışıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, stüardessanın kritik məqamda əzm və cəsarət nümayiş etdirərək üzərinə düşən vəzifəni mükəmməl şəkildə yerinə yetirdiyini vurğulayıb.

“Pilotlara daha yaxın olan stüardessa, xüsusilə qadın üçün vəziyyətin dəhşətli olmasına baxmayaraq dözdü. O, əzm göstərdi. Belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiyaları, vəzifələri yerinə yetirirdi”, - deyə Rəhimov bildirib.

“Mən onun göstərişinə əməl etdim və kreslonun söykənəcəyinə sıxıldım”, - deyə agentliyin həmsöhbəti əlavə edib.

Sərnişin stüardessanın öz işini mükəmməl şəkildə yerinə yetirdiyini vurğulayıb:

“O, “sakit olun” deyəndə yadımdadır. Orada bir kişi etiraz edirdi. O, əsasən Azərbaycan dilində danışırdı və insanları sakitləşdirirdi”.

Qeyd edək ki, AZAL-a məxsus təyyarənin qəzaya düşməsi nəticəsində stüardessa Hökümə Əliyeva həyatını itirib.

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin