Qanunsuz ov edən bələdiyyə sədri CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Qanunsuz ov edən bələdiyyə sədri CƏRİMƏLƏNDİ

227233

Beyləqan rayon Şəfəq bələdiyyəsinin sədri Paşa Kamil oğlu Cəlilov barədə protokol tərtib edilib.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, bələdiyyə sədri barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Beyləqan Rayon Məhkəməsində hakim Ramiz Nurullayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, bələdiyyə sədri min manatdan iki min manatadək məbləğdə cərimə edilə, yaxud ov hüququ altı aydan iki ilədək müddətə məhdudlaşdırıla bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin