NATO Aktaudakı təyyarə qəzasının dəqiq araşdırılmasına dair ÇAĞIRIŞ ETDİ

Hazırda oxunan: NATO Aktaudakı təyyarə qəzasının dəqiq araşdırılmasına dair ÇAĞIRIŞ ETDİ

227220


NATO AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı dəqiq araşdırmaya çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Farah Dakhlallah bildirib.

O, Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı başsağlığı verib və qəza ilə bağlı tam araşdırmaya dair çağırış edib.

“Düşüncələrimiz və dualarımız “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində həlak olanların ailələri və qurbanlarının yanındadır. Qəza zamanı xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və hərtərəfli araşdırmaya çağırırıq”, - deyə alyansın nümayəndəsi “X” hesabında yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin