AZAL-ın Bakı-Qroznı aviareysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Xəzər dənizinə əklil və çələnglər buraxılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Mərasim Azərbaycanın “Zərifə Əliyeva” bərəsində Qazaxıstanın Kurık limanında baş tutub.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
Bizim.Media