“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”

Hazırda oxunan: “Rəsmi Bakı Rusiyadan üzr gözləyir”

227204

“Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”.

Bizim.Media xəbər verir ki, bu barədə “Caliber.Az” Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən məlumat yayıb.

Bildirilib ki, araşdırmanın ilkin nəticələrinə görə, AZAL-ın sərnişin təyyarəsi Rusiyanın “PANTSIR-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub:

“Bütün şahid ifadələri, o cümlədən gəmidə eşidilən partlayışlarla bağlı məlumatlar qəzanın hava hücumundan müdafiə sisteminin işi olduğuna işarə edir. Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət göz önündədir. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir” , - məlumatda deyilir.

Əlavə olaraq qeyd olunub ki, hadisənin baş verdiyi saatlarda Qroznı səmasında dron hücumları gözlənilirdisə, Rusiya tərəfi mülki təyyarələr üçün hava məkanını bağlamalı idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin