Azərbaycan vətəndaşı Məmmədov Vüsal Şahmalı oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Baş Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, bundan başqa, "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Yusifov Elşən Ələddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
V.Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə qəsdən adam öldürmə, E.Yusifovun isə xuliqanlıq və qanunsuz olaraq odlu silah saxlama cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
E.Yusifov Gürcüstan ərazisində saxlanılaraq 2024-cü il sentyabrın 17-də, V.Məmmədov Rusiya Federasiyasının ərazisində saxlanılaraq bu il sentyabrın 23-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Bizim.Media