Sabirabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, həmyaşıdlar arasında baş verən mübahisə zəminində Sabirabad rayonunun Xəlifəi kənd sakini, 2007-ci il təvəllüdlü M.Ə. bıçaqlanıb.
Bir neçə bıçaq zərbəsi alan yeniyetmə Şirvan xəstəxanasına yerlədirilib və əməliyyata götürülüb.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media