Təyyarə qəzasına düşən Rəşad Əhmədov Qroznıya müqavilə bağlamağa gedirmiş - VİDEO

Hazırda oxunan: Təyyarə qəzasına düşən Rəşad Əhmədov Qroznıya müqavilə bağlamağa gedirmiş - VİDEO

227173

Baku TV Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarədə olan sərnişinlərdən biri - 47 yaşlı Rəşad Əhmədovun evində olub.

Bizim.Media xəbər verir ki, onun həyat yoldaşının sözlərinə görə, Rəşad Əhmədov Bakıda balıqçılıqla məşğul olurmuş və Qroznıya da bu işi davam etdirmək üçün müqavilə bağlamağa gedirmiş.

Qardaşı İmran Əhmədov isə onunla son telefon danışığını xatırlayıb:

"Gecə zəng etdi ki, məni hava limanına apararsan? Sonra da dedi ki, özüm maşınla gedərəm, onsuz da gecə qayıdacağam. Təyyarədə olanda danışmadıq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin