BİZİM TƏQVİM: 27 dekabrda baş verən tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 27 dekabrda baş verən tarixi hadisələr

227171

27 dekabr 537-ci ildə 532-ci ildəki üsyan zamanı yandırılan Ayasofiya kilsəsinin bərpa işləri tamamlandı və Bizans imperatoru 1-ci Justinianusun da iştirak etdiyi mərasimlə Ayasofiya yenidən ibadətə açıldı.

Bəs, dekabrın 17-də dünyada daha hansı hadisələr baş verib?

1. 27 dekabr 1919-cu ildə Mustafa Kamal Paşa və Sivasda seçilən Təmsil Heyəti Ankaraya gəldi. Mustafa Kamal Paşa Ankaranın Dikmən məhəlləsində ankaralılar tərəfindən coşğulu mərasimlə qarşılandı.

2. 27 dekabr 1936-cı ildə Türkiyə Cümhuriyyətinin milli himni “İstiklal marşı”nın şairi Mehmet Akif Ersoy İstanbulda həyatını itirdi.

3. 27 dekabr 1945-ci Beynəlxalq Valyuta Fondu (BVF) təsis edildi. Həmin gün 29 dövlət BVF-nin Xartiyasını imzaladı. Hazırda BVF öz sıralarında 188 dövləti birləşdirir. Onun strukturlarında 133 ölkədən 2500 əməkdaş işləyir.

4. 27 dekabr 1975-ci ildə Hindistanın Bihar rayonunda mədən ocağında baş verən partlayışda 372 nəfər həyatını itirdi.

5. 27 dekabr 2007-ci ildə Pakistanın keçmiş baş naziri Bənazir Butta seçki fəaliyyətləri üçün getdiyi Ravalpindi şəhərində edilən sui-qəsd nəticəsində həyatını itirdi.

6. 2008-ci ilin bu günündə Dənizkənarı Milli Parkda Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. Formasına görə qədim Azərbaycan musiqi alətlərindən birini - tarı xatırladan binada 350 tamaşaçı yeri olan zal, klub, tədris otaqları və səsyazma studiyası var.

7. 27 dekabr 2008-ci ildə İsrail ordusu Qəzza zolağına bomba yağdırdı. Qəzza şəhəri və ətrafında 230 fələstinli həyatını itirdi.

Dekabrın 27-də bu şəxsiyyətlər xatırlanır:

1. 27 dekabr 1897-ci ildə Xalq artisti Yuzef Çarski (Tanxelson; 1897-1948) Tiflisdə doğulub. Dövlət Rus Dram Teatrının aktyoru (1928-ci ildən) olub.

2. 27 dekabr 1912-ci ildə Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Kazımova (1912 – 25.9.1984) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında bir sıra filmlərin (“Fətəli xan”, “Telefonçu qız”) 2-ci rejissoru olub, sənədli filmlərə quruluş verib.

3. 27 dekabr 1932-ci ildə  Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 – 9.8.2010) Astara şəhərində doğulub. 200-dək mahnının, tamaşalara musiqinin, “Şəhidlər” simfoniyası, “Hophopnamə” oratoriyası və s. əsərlərin müəllifidir.

4. 27 dekabr 1934-cü ildə Xalq rəssamı, heykəltaraş, Dövlət mükafatları laureatı İbrahim Zeynalov (1934 – 6.3.2008) Bakıda doğulub. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru işləyib.

5. 27 dekabr 1938-ci ildə Xalq artisti Safurə İbrahimova (1938 – 21.12.2020) Bakıda anadan olub. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərdə çəkilib.

6. 27 dekabr 1990-cı ildə Xalq artisti, tanınmış xanəndə Əbülfət Əliyev( 30.12. 1926-1990) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin