Qəzadan sağ çıxan sərnişin ilk dəfə bu detalları AÇIQLADI

Hazırda oxunan: Qəzadan sağ çıxan sərnişin ilk dəfə bu detalları AÇIQLADI

227162

Ekipaj 3 dəfə təyyarəni Qroznıya endirməyə cəhd edib.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, bu barədə Bakı-Qroznı reysinin qəzasından sağ çıxmış sərnişin Subxonkul Rəhimov Rusiya mətbuatına verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, sərnişinlər vəziyyətin ciddiliyini yalnız təyyarə yüksək hündürlük əldə edərək şəhərdən uzaqlaşmağa başlayanda anlayıblar.

"Amma panika olmadı", - deyə Yekaterinburqdan olan sərnişin bildirib.

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin