Təyyarə qəzasında həyatını itirən 19 yaşlı qusarlı qızla bağlı YENİ XƏBƏR - FOTO

Hazırda oxunan: Təyyarə qəzasında həyatını itirən 19 yaşlı qusarlı qızla bağlı YENİ XƏBƏR - FOTO

227159

Təyyarə qəzasında həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusar Qadın Resurs Mərkəzinin üzvü olub.

Bizim.Media xəbər verir ki, bu barədə Qusar Qadın Resurs Mərkəzi məlumat yayıb..

Açıqlamada mərhum bacı-qardaşın və qəzada həlak olanların ailələrinə, başsağlığı verilib.


Həmçinin bildirilib ki, Xədicə Əlimirzəyeva 2022-ci ildə “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin “Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi” komponenti çərçivəsində həyata keçirilən “Dırnaq qaynağı” təliminin iştirakçısı olub.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Baş vermiş təyyarə qəzasında iki Qusar sakininin biri 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevadır.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin