"İki aya təqaüd vaxtı çatırdı, lakin çıxmaq fikri yox idi. Çox pozitiv idi. İşindən də çox danışmağı sevmirdi".
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, bu sözləri AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən pilot İqor Kşnyakinin dostu Nicat Baqiyev deyib.
O bildirib ki, pilotun nəşinin nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur:
"Hadisədən bir gün öncə danışdıq. Hər şey qaydasında idi. Üç gün əvvəl görüşmüşdük.
Qayıtdıqdan sonra yenidən görüşəcəkdik. Mükəmməl bir insan idi. Son anda 30-a yaxın insanı xilas etdi".
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:34 / 26.12.2024
Qəzada həyatını itirən pilotun dostu: “İki ay sonra pensiyaya çıxacaqdı...”
Hazırda oxunan: Qəzada həyatını itirən pilotun dostu: “İki ay sonra pensiyaya çıxacaqdı...”
Hazırda oxunan: Qəzada həyatını itirən pilotun dostu: “İki ay sonra pensiyaya çıxacaqdı...”
227154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.