Ən təhlükəsiz nəqliyyat vasitəsi hansıdır? – ARAŞDIRMA

Hazırda oxunan: Ən təhlükəsiz nəqliyyat vasitəsi hansıdır? – ARAŞDIRMA

227148

Xəbər verdiyimiz kimi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus, Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumatlara əsasən, təyyarədə 42 Azərbaycan vətəndaşı olub, onlardan 26-sı həyatını itirib, 16-sı sağ qalıb. Qəzada 7 Rusiya, 6 Qazaxıstan vətəndaşı da həlak olub.

Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.

Çox sayda insanın həyatını itirməsi insanlar arasında aerofobiyaya yol açır.

Amma rəsmi statistika və beynəlxalq ekspertlər bildirirlər ki, ən təhlükəsiz nəqliyyat növü təyyarədir. Nəzərə alaq ki, hər 3 saniyədən bir dünyada yerə bir təyyarə enir. Əgər gündəlik qəzaların faizi 0,01 olsaydı, o zaman gün ərzində minimum 13 təyyarə qəzaya uğrayardı. Lakin belə bir fakt yoxdur.

Maraqlıdır ki, ən təhlükəli nəqliyyat vasitəsi eşşəklərdir. Eşşəklərin gün ərzində öldürdüyü insanların sayı aviaqəzalarda ölənlərdən daha çoxdur. Eyni zamanda, piyada keçidində yaşıl işığın yanmasını gözləyən piyadanın ölmə ehtimalı aviaqəzada ölmə ehtimalından daha yüksəkdir. 

Şimal-Qərb Universitetinin amerikalı alimləri XXI əsrin ilk onilliyi üçün ölümlərlə bağlı məlumatları təhlil etdikdən sonra hansı nəqliyyat növünün ən təhlükəli olduğunu müəyyən ediblər.


Beləliklə ən təhlükəli nəqliyyat növü motosikletlərdir.

Motosikletçilər özlərini daha çox riskə atırlar. Burada ölüm nisbəti sadəcə qrafiklərdən kənardır – hər milyard nəfərə 213 ölüm düşür. Bu o deməkdir ki, motosiklet sürmək avtomobil sürməkdən təxminən 30 dəfə təhlükəlidir.

ABŞ Milli Təhlükəsizlik Şurasının qənaətinə görə motosiklet və velosiped sürənlərin qəzaya düşüb dünyasını dəyişmə ehtimalı 4982 səfərdən birində mümkündür.

Beləliklə ən təhlükəli 10 nəqliyyat növünü təqdim edirik:

1. Moped və motosikletləri ən təhlükəli nəqliyyat vasitəsi adlandırmaq olar. Belə ki, yollarda motosiklet sayı ümumi nəqliyyat vasitələrinin cəmi 1 %-ini təşkil etsə də, bu nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalarda sürücü ölümü nisbəti 20 % təşkil edir.

2. Velosiped ikinci təhlükəli nəqliyyat vasitəsidir. Qət edilən hər 1.5 milyard kilometrə 35 ölüm düşür.

3. Metroda kütləvi hadisələr çox təhlükəlidir. Məsələn, vaqonun relsdən çıxması, yanğın, eskalatorda yaranan problem, qatarların toqquşması və s. Qapalı məkanda baş verən faciələr isə panikaya səbəb olur və qurbanların sayını artırır. Bakı metrosunda baş verən qəza və partlayışları yada salmaq kifayətdir.


4. Su nəqliyyatı növlərində qət edilən hər 1.5 milyard kilometr məsafəyə 20 faciəvi hadisə düşür. Bir çox hallarda gəmilərdəki ölüm göyərtədən dənizə yıxılmaq səbəbindən ortaya çıxır.


5. Kosmik gəmilərdə 1.5 milyard kilometrə 7 ölüm düşür. Bununla belə kosmik gəmidə uçmaq motosiklet sürməkdən ən azı 17 dəfə təhlükəsizdir. Kosmik tədqiqatların tarixində cəmi üç kosmik gəmi geri qayıtmayıb.

6. Mikroavtobuslar üzrə hər 1.5 milyard kilometrə 5 ölüm düşür. Əvvəllər Bakıda da mikroavtobuslar dəbdə olsa da, son bir neçə ildə onları iritutumlu avtobuslar əvəz edib. İndi mikroavtobuslar kənd və rayonlararası səfərlər edir. Qəzaların əsas səbəbi sükan arxasına səriştəsiz sürücülərin keçməsidir.

7. Avtomobillərlə qət edilən hər 1.5 milyard kilometrə isə 4 ölüm düşür.

8. Avtobuslarda  1.5 milyard kilometrə 1 ölüm düşür. İri tutumlu avtobuslar əsasən peşəkar sürücülərə həvalə edildiyindən, onlar ən təhlükəsiz nəqliyyat vasitələri sırasında üçüncü pillədə qərarlaşıb.

9. Qatarlarlarda qət edilən  hər 1.5 milyard kilometrə 0.2 ölüm düşür. Dəmir yolu ilə səyahət ən təhlükəsiz nəqliyyat vasitələri arasında gümüş medalçıdır. Qərb ölkələrində dəmiryolu nəqliyyatı təhlükəsiz sayılsa da, Şərqdə, xüsusən də Hindistanda bunu demək bir az çətindir.

"İnvestopedia" qurumunun hesablamalarına əsasən, bir insanın avtomobilə nisbətən qatarda sağ qalma şansı 1000 dəfə çoxdur.

10. Təyyarələrdə isə ölüm ehtimalı hər 1.5 milyard kilometr qət edilən məsafə üçün 0,05 ölümə bərabərdir. Lakin qəzaya uğrayan təyyarədə sağ qalma şansı çox azdır. Amma statistikaya görə, təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsidir.

Təyyarə qəzasında sağ qalma ehtimalı minimaldır?


Təyyarə qəzası nəticəsində sağ qalma ehtimallarının minimal olduğu bildirilir. ABŞ tarixində 1983-cü ildən 2000-ci ilə qədər baş vermiş təyyarə qəzalarının analizi göstərib ki, bortda bulunan sərnişinlərin cəmi 5 faizi qəza nəticəsində dünyasını dəyişib. Bu statistikaya əsaslanaraq demək olar ki, aviaqəzalara düşən 53 487 nəfərdən 51 207 nəfər sağ qalıb.

26 ciddi təyyarə qəzasının nəticələri araşdırılanda isə məlum olub ki, hətta ağır təzyiqlə yerə düşən, təyyarələrin parçalanması və yanması ilə müşayiət olunan qəzalarda belə sərnişinlərin 50 faizi sağ qalır. 

Əgər təyyarə suya məcburi eniş gerçəkləşdirərsə, sərnişin və pilot heyətinin sağ qalma ehtimalı ikiqat artır.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin