Daha 2 tiktoker həbs edildi

Hazırda oxunan: Daha 2 tiktoker həbs edildi

227144

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Vüqar Zeynalzadə (Vaqa) və Nuh Məmmədov da həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, əvvəllər inzibati qaydada həbs edilmiş tiktokerlər bu dəfə cinayət məsuliyyətində cəlb ediliblər.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Vaqa” və Nuh barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır. Ötən gün aparıcı Azər Zahid barəsində də cinayət ittihamı ilə həbs qərarı verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin