Kişi ona çay süzməyən arvadını döydü

Hazırda oxunan: Kişi ona çay süzməyən arvadını döydü

227143

Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Qabil Həsrətovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İttihama görə, hadisə 23 oktyabr 2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, Qabil Həsrətov evdə arvadı, zərərçəkmiş Səbinə Həsrətova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının ərinə çay süzməməsi olub. Bu zaman Qabil sağ əli ilə iki dəfə Səbinənin sol gözünün alt nahiyəsinə qəsdən yumruq zərbəsi vuraraq, ona sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin