Sabah Sumqayıt şəhərində 105 000 abonentin qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar İdarəsindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhərinin qaz təchizatının gücləndirilməsi məqsədilə Sumqayıt qazpaylayıcı stansiyasından (QPS) qidalanan "Şəhər-4" daşıyıcı qaz kəmərində "Azəriqaz"ın təmir planına əsasən icra olunmuş qaz xətlərinin yeni quraşdırılmış kollektora qoşulması ilə əlaqədar dekabrın 27-də saat 09:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatının dayandırılması müddətində Sumqayıt şəhəri üzrə 105 000 əhali və qeyri əhali abonentlərinin qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:40 / 26.12.2024
Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq
Hazırda oxunan: Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq
Hazırda oxunan: Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq
227142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.