“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 42 Azərbaycan vətəndaşı olub, onlardan 26-sı həlak olub, 16-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:09 / 26.12.2024
Təyyarə qəzasında həyatını itirən vətəndaşlarımızın ADLARI - RƏSMİ
Hazırda oxunan: Təyyarə qəzasında həyatını itirən vətəndaşlarımızın ADLARI - RƏSMİ
Hazırda oxunan: Təyyarə qəzasında həyatını itirən vətəndaşlarımızın ADLARI - RƏSMİ
227135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.