Şahiddən tükürpərdən AÇIQLAMA: “Hökümə iki sərnişini arxaya keçirdi, özü isə…” – VİDEO

Hazırda oxunan: Şahiddən tükürpərdən AÇIQLAMA: “Hökümə iki sərnişini arxaya keçirdi, özü isə…” – VİDEO

227128

“Demək olar ki, Qroznıya eniş etməyə hazırlaşırdıq. Şəhər açıq şəkildə görünürdü. Lakin eniş etməyə icazə vermədilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri “globalinfo.az”a Aktau şəhərində qəzaya uğrayan təyyarədən sağ çıxan sərnişinlərdən biri deyib.

Həmin sərnişin təyyarə bələdçisi Hökumə Əliyeva ilə bağlı danışıb:

“Qəza nəticəsində həlak olan stüardessa Hökumə xanım sanki öləcəyini hiss etmişdi. Təyyarədə Zülfiqar adlı bəylə bir xanımı arxaya keçirib, özü önə getdi. Hər kəsə təsəlli verir, təmkinli olmağa çağırırdı. Son ana qədər hər şeyin yaxşı olacağını deyirdi. Hökumə xanım arxada dayanmadı, önə getdi. İrəli getməsə o da sağ qala bilərdi".

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

Ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin