Aktau yaxınlığında baş verən təyyarə qəzasında ölən qazaxıstanlılar arasında diş həkimi Səlimə Cutayeva da var.
Bizim.Media xəbər verir ki, Kostanayskaya vilayətindən olan qızın 29 yaşı var idi.
S.Cutayeva səyahət etməyi sevirdi və bloger kimi də fəaliyyət göstərirdi.
Qeyd edək ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi təyyarə qəzasında ölənlərdən 38-nin məhkəmə-tibbi ekspertiza mərkəzinə təhvil verildiyini açıqlayıb. Məlumata görə, həlak olan 7 nəfərin şəxsiyyəti artıq müəyyən edilib.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:31 / 26.12.2024
Ölənlər arasında həkim Səlimə də var – FOTO
Hazırda oxunan: Ölənlər arasında həkim Səlimə də var – FOTO
Hazırda oxunan: Ölənlər arasında həkim Səlimə də var – FOTO
227110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.