Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarına başlanıldı

Hazırda oxunan: Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarına başlanıldı

227104

İlk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, bu ilin dekabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 17,392 milyon manat kredit qoyulub. Bu göstərici üzrə orta faiz dərəcəsi 12,98% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 16,695 milyon manatı milli valyutada, 698 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, bu ilin dekabrın 1-nə ölkə üzrə ümumi kredit qoyuluşları 27,4 milyard manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin