SON DƏQİQƏ! Təyyarə qəzasında həlak olan 7 nəfərin cəsədinin kimliyi MÜƏYYƏN EDİLDİ

Hazırda oxunan: SON DƏQİQƏ! Təyyarə qəzasında həlak olan 7 nəfərin cəsədinin kimliyi MÜƏYYƏN EDİLDİ

227098

Aktau yaxınlığında baş verən təyyarə qəzasında ölənlərdən 38-i məhkəmə-tibbi ekspertiza mərkəzinə təhvil verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onların arasında 3 ekipaj üzvü də var. Məlumata görə, həlak olan 7 nəfərin şəxsiyyəti artıq müəyyən edilib.

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin