AZAL-ın təyyarəsinin konstruksiyalarını sökməyə BAŞLADILAR

Hazırda oxunan: AZAL-ın təyyarəsinin konstruksiyalarını sökməyə BAŞLADILAR

227096

Aktauda AZAL-a məxsus təyyarənin konstruksiyalarını sökməyə başlayıblar.

Bizim.Media Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, fəsadların aradan qaldırılmasında 306 nəfər iştirak edir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə kinoloqlar da cəlb olunub.

Məlumata əsasən, ekspertlər, həmçinin faciə yerində tapılan “qara qutu”nun üzərində işləyir və hadisə yerində 24 saatlıq növbə təşkil edilib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin