İstehsalçı şirkətdən qəza ilə bağlı İLK AÇIQLAMA

Hazırda oxunan: İstehsalçı şirkətdən qəza ilə bağlı İLK AÇIQLAMA

227094

Dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin istehsalçısı olan Braziliyanın “Embraer” aviasiya şirkəti qəzadan sonra ilk dəfə açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, açıqlamanın mətni “Embraer”in rəsmi saytında dərc olunub.

Açıqlamada qeyd olunub ki, şirkət “Embraer 190” təyyarəsi ilə baş verənlərdən dərin kədərlənib:

“Hadisədən zərər çəkmiş ailələrə, dostlara, iş yoldaşlarına və yaxınlarına başsağlığı veririk.

Vəziyyəti yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”.

Təyyarə istehsalçısı tam məsuliyyətlə bəyan edib ki, təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin