Təyyarə qəzasında iki Qusar sakininin də öldüyü məlum olub.
Qusar RİH başçısının birinci müavini Şahid Fərəməzovun Bizim.Media-ya verdiyi məlumata görə, təyyarə qəzasında Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş, 22 yaşlı Əli Mirzəbəy oğlu və 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər də həlak olublar.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:04 / 26.12.2024
Təyyarə qəzasında Qusardan bacı-qardaş da HƏLAK OLUB
Hazırda oxunan: Təyyarə qəzasında Qusardan bacı-qardaş da HƏLAK OLUB
Hazırda oxunan: Təyyarə qəzasında Qusardan bacı-qardaş da HƏLAK OLUB
227082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.