FHN-in həkimləri və xilasediciləri Qazaxıstana göndərildi - FOTO-VİDEO

Hazırda oxunan: FHN-in həkimləri və xilasediciləri Qazaxıstana göndərildi - FOTO-VİDEO

227071

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.

Bu barədə Bizim.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin psixoloqları zərərçəkmişlərə təcili psixoloji yardım göstərir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə Nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.

 





Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin