Dekabr ayının 24-də səhər saatlarında Qazaxıstanın Aktau şəhərində Azərbaycan hava yollarına aid təyyarənin qəzaya uğraması zamanı sərnişinlər arasında olanlardan biri də Ağdaşın Ərəb kənd sakini 24 yaşlı İsmayılov Həbib İbrahim oğludur.
Bizim.Media-nın Aran bürosu Həbib İsmayılovun Ərəb kəndində ailəsi ilə görüşüb və onların təəssüratlarını bölüşüb.
Həbibin anası Bizim.Media-nın yerli bürosuna bildirib ki, oğlu ilə uçuşdan əvvəl danışıb:
“Hər şeyin yaxşı olduğunu bildirdi. Birinci dəfə idi ki, xaricə işləməyə gedirdi. Dostları bir müddət əvvəl zəng etmişdilər ki, “yaxşı iş var, gəl”, o da getdi. Sonra mənə zəng gəldi hadisə ilə bağlı, ondan sonra məlumatım oldu.
Qardaşını bu gün Bakıya çağırdılar analiz götürmək üçün o da getdi. İki oğlum var Həbib böyük oğlumdur, həm də subaydır. Hazırda heç bir xəbər ala bilməmişik və xəbər gözləyirik”.
Bizim.Media, Aran bürosu