“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aktau şəhərində qəzaya uğrayan təyyarəsi ilə bağlı hazırda yaralıların və ya ölənlərin nəşinin Bakıya gətirilməsi planlaşdırılmır.
Bizim.Media report-a istinadən xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat katibi Nərmin Xəlilova deyib.
MÖVZU İLƏ BAĞLI:
Yaralı vətəndaşlarımız qəzanın necə baş verməsini nazirlərimizə belə danışdılar - VİDEO
“Bu gün heç bir yaralı və ya şəxsin nəşi gətirilməyəcək. Rəsmi qurumlar araşdırmanı tamamladıqdan sonra ictimaiyyətə dəqiq məlumat təqdim edəcək”, - deyə N. Xəlilova bildirib.
N. Xəlilova əlavə edib ki, zərərçəkənlərin birinci dərəcəli ailə üzvləri qan analizi üçün Baş Prokurorluğun korpusuna göndərilib:
“Hazırda 14 nəfər orada müvafiq prosedurdan keçir”.
Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Bizim.Media