Xəsarət almış vətəndaşlarımızın evakuasiyası ilə əlaqədar müvafiq tədbirlər görülür - RƏSMİ

Hazırda oxunan: Xəsarət almış vətəndaşlarımızın evakuasiyası ilə əlaqədar müvafiq tədbirlər görülür - RƏSMİ

227033

Azərbaycan Respublikası Baş Prokurorluğu qazaxıstanlı həmkarlarla birlikdə Aktauda təyyarə qəzasının başvermə səbəblərini araşdırır və cinayət işi üzrə istintaq aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasında bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Yaralı vətəndaşlarımız qəzanın necə baş verməsini nazirlərimizə belə danışdılar - VİDEO


Qeyd edilib ki, istintaqın gedişi haqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıq verilib.

Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlər görülür.

İclasda, həmçinin bildirilib ki, xəsarət almış şəxslərə zəruri yardım göstərilməsi və bundan irəli gələn digər məsələlərin həlli ilə bağlı qazaxıstanlı həmkarlarla hökumət üzvləri səviyyəsində daimi sıx təmaslar və birgə səylər həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin