Stüardessanın qardaşı DANIŞDI: "Məndən DNT analizi götürdülər"

Hazırda oxunan: Stüardessanın qardaşı DANIŞDI: "Məndən DNT analizi götürdülər"

227029

Bu gün Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub.

Bizim.Media xəbər verir ki, təyyarənin hər iki pilotu - İqor Kşnyakin və Kalyaninov Aleksand həlak olublar. Həmçinin stüardessalardan biri Əliyeva Hökümənin də adı sağ qalanlar arasında yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Qəza yerindən daha bir VİDEO


Ə.Hökümənin qardaşı Coşqun Nəsibli "Unikal"a bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan analiz götürülüb:

"Prokurorluqdan gəlirəm, məndən DNT analizi götürdülər. Yəqin vəziyyət pisdir, hələ müəyyən edə bilməyiblər".

Stüard Əsədov Zülfüqar və stüardessa Rəhimli Aydan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin