Azər Zahid HƏBS EDİLDİ - Bu cinayətlərdə ittiham olunur

Hazırda oxunan: Azər Zahid HƏBS EDİLDİ - Bu cinayətlərdə ittiham olunur

227012

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.

Polisdə aparılan istintaqla ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.

Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “TikTok” əməliyyatı ilə bağlı bir neçə nəfər saxlanılıb. 

Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin