Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərində qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, qəza zamanı təyyarədə olan Mustafayev Faiq Əjdər oğlunun xalası oğlu Sultan Duniyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, Bakı sakini olan 31 yaşlı Faiq Mustafayev Qroznıda çalışırmış və mütəmadi olaraq oraya gedib-gəlirmiş:
“Sonuncu dəfə atası səhər saat 8-də Hava Limanından yola salıb. Daha sonra qəza xəbərini eşitdik. Hələki ondan sağ və ya ölü olması ilə bağlı xəbər ala bilməmişik”.
Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:57 / 25.12.2024
Qroznıya uçan təyyarədə olan sərnişinin QOHUMU: “Faiqdən heç bir xəbər ala bilməmişik” - VİDEO
Hazırda oxunan: Qroznıya uçan təyyarədə olan sərnişinin QOHUMU: “Faiqdən heç bir xəbər ala bilməmişik” - VİDEO
Hazırda oxunan: Qroznıya uçan təyyarədə olan sərnişinin QOHUMU: “Faiqdən heç bir xəbər ala bilməmişik” - VİDEO
227009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.