Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərində qəzaya uğrayıb.
Qəzadan əvvəl təyyarənin salonunda lentə alınan görüntülərdə bir nəfərin dua edərək kəlimeyi-şəhadət gətirdiyi diqqət çəkib.
Bizim.Media-nın araşdırması nəticəsində məlum olub ki, həmin şəxs sağdır.
MÖVZU İLƏ BAĞLI:
Təyyarə qəzasına düşən Zaur atasının dəfnindən qayıdırmış
Belə ki, qəzadan sonra həmin şəxs görüntülü telefon danışığında hadisə ilə bağlı məlumat verib.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.
Bizim.Media