2-ci Qarabağ müharibəsində şəhid xəbərinə sevinən, Qarabağdakı zəfərimizi elə də böyük uğur adlandırmayan Əli Kərimli indi də Bakıdan Qroznıya uçan təyyarədə vəfat edən şəxslərə görə sevinc hissi keçirir.
O və troll dəstəsi, eyni zamanda vaxtilə Qarabağın işğalını leigitimləşdirməyə çalışan qərb dövlətlərindən qeyri-qanuni yolla maliyyələşən “media” qurumları bu qəzanı siyasiləşdirməyə, qəzada həlak olanların yaxınlarının hislərindən sui-istifadə etməyə çalışırlar.
Bu faciədən belə çirkin siyasi şou yaratmağa çalışanların bu iyrənc addımını isə insanlıqdan, vicdanlılıqdan kənar davranışdır.
Facebook səhifəsi - Fransa, Amerika və Almaniyadan idarə edilən, təkcə bu il ərzində minlərlə dollar reklam xidmətindən istifadə Əli Kərimlinin hansı məqsədlərə xidmət etdiyini açıq şəkildə ortaya qoyur. Çünki hansı normal insan xalqımız üçün həssas olan məsələni facebook-da pullu reklama qoyar?
Bu düşüncədə olanlara xalqımızın kədərini və iztirabını manipulyasiya etmək yad deyil – onlar 90-cı illərin əvvəllərində də eyni taktikadan istifadə edib Qarabağın işğalına şərait yaradan xəyanətkar qruplaşma kimi yadda qalıblar. Bütün bunlar sadə insanlarımız üçün artıq heç bir sirr deyil.
Qəza baş verən anlarda Azərbaycan Prezidenti Rusiya hava məkanında idi. O, xəbərdar olan kimi dərhal Bakıya qayıtmaq barədə göstəriş verib və təyyarə qəzasının səbəblərini araşdırmaq üçün dövlət komissiyası yaradılması barədə tapşırıq verib. Baş Prokurorluq da cinayət işi açıb, dövlətin yüksək vəzifəli nümayəndələri isə operativ şəkildə Qazaxıstana ezam edilib.
Hava nəqliyyatının digər nəqliyyat növləri ilə müqayisədə daha təhlükəsiz olması beynəlxalq miqyasda aparılmış çoxsaylı tədqiqatlarda öz əksini tapır.
Məsələn, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 2022-ci il üzrə Təhlükəsizlik Hesabatına əsasən, sərnişin-aviaşirkət uçuşlarında ölümcül qəzalar və ümumilikdə təyyarə itkisi (hull loss) göstəriciləri tarixi minimuma düşüb.
Bununla belə, nəqliyyat növündən asılı olmayaraq, qəza riskini tamamilə sıfırlamaq mümkün deyil. Yol, dəniz və ya hava olsun – hər biri müəyyən dərəcədə risk daşıyır. Odur ki, hazırda baş vermiş təyyarə qəzasının səbəbləri də ixtisaslaşmış qurumlar tərəfindən hərtərəfli araşdırılacaq və toplanan faktlar əsasındakı yekun nəticələr ictimaiyyətə təqdim ediləcək.
Bir daha həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm. (Demokrat.az)
Kamal Cəfərov
Milli Məclisin deputatı