Xəbər verildiyi kimi ötən gün Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 13 yaşlı yeniyetmə Saray Kərimli batıb.
Bizim.Media-nın Aran bürosu faciəvi şəkildə həyatını itirən 8-ci sinif şagirdinin fotosunu əldə edib.
Qeyd edək ki, Saray Kərimli ötən gün səhər məktəbə getmək adı ilə evdən çıxıb. Sonradan isə onun Kür çayında batdığı bildirilib.
Zərdabda 13 yaşlı yeniyetmənin Kür çayında batması ehtimalı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən axtarışlar davam edir.
Azyaşlının atasının sözlərinə görə, ötən gün səhər saatlarında qızı məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə getməyib. Sonradan onun çantasının Kür çayının kənarından aşkar edilməsi, onun çayda batması ehtimalını artırıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu və hüquq mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda azyaşlının axtarışları davam etdirilir.
Bizim.Media yeniyetmənin fotosunu təqdim edir:
Bizim.Media, Aran bürosu