Xankəndi və Ağdərənin adı bu siyahıya ƏLAVƏ EDİLDİ

Hazırda oxunan: Xankəndi və Ağdərənin adı bu siyahıya ƏLAVƏ EDİLDİ

226964

Azərbaycanda dövlət xəzinədarlıq orqanlarında vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitləri yenilənib.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Maliyyə Nazirliyinin Xankəndi şəhəri və Ağdərə rayonu üzrə xəzinə hesab kitablarının açılması barədə məktubuna əsasən, “Büdcə rekvizitləri barədə məlumatlın verilməsi” xidmətində “Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar” üzrə mövcud məlumatlar yenilənib.

Həmçinin dövlət xəzinədarlıq orqanlarında vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitlərinə Xankəndi və Ağdərə yerli xəzinədarlıq orqanlarının hesabları əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin