Ərdoğan AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verdi

Hazırda oxunan: Ərdoğan AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verdi

226934

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Ak Parti TBMM Qrup toplantısında çıxışı zamanı deyib.
 

“Aktau şəhəri yaxınlarında Azərbaycan Hava Yollarına aid təyyarənin qəzaya uğramasını böyük kədərlə öyrəndik. Hər iki qardaş ölkəyə - Azərbaycan və Qazaxıstana millətimiz adına başsağlığı və keçmiş olsun diləklərimi ifadə edirəm”, - Ərdoğan bildirib.


Qeyd edək ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub.

Məlumata görə, 28 nəfər qəzadan sağ çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin