"İlkin məlumatlara görə, Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində uçuş heyəti sağ qalmayıb".
Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinə hadisə yerindəki operativ qərargahdan bildirilib.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.
Ekipaj üzvlərinin siyahısı:
1. Kşnyakin İqor
2. Kalyaninov Aleksandr
3. Əliyeva Hökümə
4. Əsadov Zülfüqar
5. Rəhimli Aydan
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:18 / 25.12.2024
Təyyarə qəzasında ekipaj üzvlərinin hamısı həyatını itirib - ADLAR
Hazırda oxunan: Təyyarə qəzasında ekipaj üzvlərinin hamısı həyatını itirib - ADLAR
Hazırda oxunan: Təyyarə qəzasında ekipaj üzvlərinin hamısı həyatını itirib - ADLAR
226929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.