Aktauda baş verən təyyarə qəzasında sağ qalanların sayı 28 nəfərə yüksəlib. Onların arasında üç uşaq da var. Hamısı Mangistau regional xəstəxanasına çatdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mash telegram kanalı yayıb.
Mənbə xatırladır ki, “Azərbaycan Hava Yolları”nın “Embraer 190” təyyarəsi saat 8:35-də təyyarənin idarəetmə sisteminin nasazlığı barədə məlumat verib və qəza siqnalı verib.
Saat 8:49-da ekipaj planlaşdırılmamış eniş edib. Saat 9:28-də təyyarə Aktau hava limanında yerə çırpılıb. Ən azı 10 nəfər ölüb.
Qeyd edək ki, təyyarə Bakıdan Qroznıya uçurdu.
Təyyarədə 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
Qəzaya uğrayan "Embraer 190" təyyarəsi 2013-cü ildə Braziliyada buraxılıb. Sonra Azərbaycan Hava Yolları onu icarəyə götürüb.
Bütün bu illər ərzində təyyarə Rusiyaya uçub (məsələn, Volqoqrad, Kazan, Samara, Qroznı və s.). Onunla bağlı ciddi fövqəladə hallar olmayıb.
Bizim.Media