Qazaxıstan XİN-dən təyyarə qəzası ilə bağlı EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: Qazaxıstan XİN-dən təyyarə qəzası ilə bağlı EKSKLÜZİV AÇIQLAMA

226917

"Dəqiq məlumatları yalnız Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən almaq lazımdır".

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Aibek Smadiyarov deyib. O əlavə edib ki, biraz sonra dəqiq informasiya paylaşılacaq.
 

"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları indi Aktauya uçur, bir az sonra orada media brifinqi olacaq", - deyə Aibek Smadiyarov deyib.


Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin