Tokayevdən TAPŞIRIQ: Təyyarə qəzası ilə bağlı xüsusi komissiya yaradıldı

Hazırda oxunan: Tokayevdən TAPŞIRIQ: Təyyarə qəzası ilə bağlı xüsusi komissiya yaradıldı

226914

Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı Qazaxıstan prezidentinin tapşırığı ilə xüsusi komissiya yaradılıb.

Bizim.Media xəbər verir ki, Qasım-Comərd Tokayev həmçinin Astanadan Aktauya həkimlərin göndərilməsini və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb.
 

Həmçinin AZAL təyyarə qəzasında xəsarət alanlar və həlak olanlar barədə məlumat əldə etmək üçün qaynar xətlər açılıb.


Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan KİV-nin məlumatına görə sağ qalanların sayı 27 nəfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin