Xəbər verdiyimiz kimi, bir saat öncə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, “Tengrinews”un verdiyi məlumata görə, təyyarənin göyərtəsində 16 Rusiya, 37 nəfər Azərbaycan, 6 nəfər Qazaxıstan və 3 nəfər Qırğızıstan vətəndaşı olub.
Sözügedən məlumat rəsmi olaraq təsdiqlənməyib.
Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.
Bizim.Media