Qəzaya düşən təyyarədəki sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır - VİDEO

Hazırda oxunan: Qəzaya düşən təyyarədəki sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır - VİDEO

226905

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsindən 12 nəfər, o cümlədən bir uşaq müxtəlif xəsarətlərlə Mañğıstau Vilayət Xəstəxanasına yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə İdarəsi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sağ qalanlar təyyarədən belə çıxarılır – ANBAAN VİDEO


Mənbə qeyd edir ki, əvvəlcə sağ qalanların sayının 6 nəfər olduğu bildirilmişdi. Hazırda xəstəxanaya çatdırılan şəxslərin ağır vəziyyətdə olduğu qeyd edilir.

Təyyarədə ümumilikdə 67 nəfər (onlardan 5-i ekipaj üzvüdür) olub. Sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir. Xilasetmə işləri yerində aparılır və vəziyyətlə bağlı yenilənmiş məlumatlar təqdim ediləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin