Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsindən 12 nəfər, o cümlədən bir uşaq müxtəlif xəsarətlərlə Mañğıstau Vilayət Xəstəxanasına yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə İdarəsi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Sağ qalanlar təyyarədən belə çıxarılır – ANBAAN VİDEO
Mənbə qeyd edir ki, əvvəlcə sağ qalanların sayının 6 nəfər olduğu bildirilmişdi. Hazırda xəstəxanaya çatdırılan şəxslərin ağır vəziyyətdə olduğu qeyd edilir.
Təyyarədə ümumilikdə 67 nəfər (onlardan 5-i ekipaj üzvüdür) olub. Sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir. Xilasetmə işləri yerində aparılır və vəziyyətlə bağlı yenilənmiş məlumatlar təqdim ediləcək.
Bizim.Media