Azərbaycanın Aktaudakı baş konsulu təyyarə qəzası baş verən yerə GEDİB

Hazırda oxunan: Azərbaycanın Aktaudakı baş konsulu təyyarə qəzası baş verən yerə GEDİB

226902

Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerə gedib.

Bizim.Media bu barədə xarici KİV-ə istinadən edir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan KİV-nin məlumatına görə sağ qalanların sayı 12 nəfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin