Goranboy Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zamiq Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə bu il Goranboy rayonunda kəndlərin birində qeydə alınıb.
Belə ki, Zamiq Həsənov evində ailə məişət münaqişəsi zəminində arvadı, zərərçəkmiş Kəmalə Həsənova (şərti) ilə mübahisə edib. Bu zaman o, qadının baş nahiyəsinə şüşə qab ilə qəsdən vuraraq, ona sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib.
Bizim.Media