Xəbər verildiyi kimi Gəncədə ölümlə nəticələnən yanğın baş verib. Hadisə səhər saat 10 radələrində Natavan 2 qəsəbəsində qeydə alınıb. İlkin ehtimala görə yanğın odun sobasından başlayıb və evdəki 77 yaşlı Tatyana Nadyonova tüstüdən boğularaq ölüb. Daha sonra isə onun meyiti yanaraq tanınmaz hala düşüb.
Qonşuların sözlərinə görə ölən qadın uzun müddətdir ki, evdə tək yaşayırmış. Evi isə odun sobası ilə isidirmiş...
Yanaraq dünyasını dəyişən qadının qonşusu Vəzifə Abdullayeva Bizim.Media-ya açıqlamasında hadisədən gec xəbər tutduqlarını bildirib:
“Qapını açdım ki, yanır. Qonşuları köməyə çağırdım. Evə daxil olanda qadının artıq yandığını gördük. Bilmirəm nə vaxt baş verib, mən gələndə ev tüstüləyirdi. Kimsəsiz bir adam idi”.
Digər qonşusu Maya Hüseynova mərhumun əvvəllər bir rus kişi ilə yaşadıqlarını deyib:
“Rus qadındı, adı Tanyadı. Qabaq bir rus kişi də var idi. Eşitdik ki, yanıb içəridə... Tək yaşayırdı, odunu doldurub içəri, o da qızışıb yanıb. Mən burdan görürdüm tüstünü, bilirəm ki, odun peçi yandırır. Qoyun otarırdım gəldim, uşaqlar kömək elədi”.
Fövqəladə Hallar Nazirliyindən hadisə ilə bağlı bildirilib ki, yanğın ümumi sahəsi 15 m² olan birmərtəbəli 1 otaqlı evin 10 m² sahəsini əhatə edib. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Məqsəd Rəhimov, Raul İbrahimxəlil, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:33 / 24.12.2024
Odun sobasından baş verən yanğında külə dönən 77 yaşlı qadınla bağlı TƏFƏRRÜAT – VİDEO
Hazırda oxunan: Odun sobasından baş verən yanğında külə dönən 77 yaşlı qadınla bağlı TƏFƏRRÜAT – VİDEO
Hazırda oxunan: Odun sobasından baş verən yanğında külə dönən 77 yaşlı qadınla bağlı TƏFƏRRÜAT – VİDEO
226771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.