Gəncədə avtomobil vuran 73 yaşlı qadın xəstəxanada HƏYATINI İTİRDİ

Hazırda oxunan: Gəncədə avtomobil vuran 73 yaşlı qadın xəstəxanada HƏYATINI İTİRDİ

226763

Gəncədə 73 yaşlı piyadanı maşın vuraraq öldürüb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yol nəqliyyat hadisəsi şəhərin Nizami Gəncəvi prospektində baş verib.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən, Samux sakini, 1951-ci il təvəllüdlü Pərnuş Quliyevanı vurub.

O, ağır bədən xəsarətlərilə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yetinə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin