Bank işçiləri ilə bağlı YENİ QADAĞA – “Bu xidmətlə məşğul ola bilməyəcəklər”

Hazırda oxunan: Bank işçiləri ilə bağlı YENİ QADAĞA – “Bu xidmətlə məşğul ola bilməyəcəklər”

226754

Xəbər verdiyimiz kimi Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2021-ci il 31 avqust tarixli 23/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilib. Bu barədə AMB sədri Taleh Kazımov Qərar imzalayıb. 
 

Dəyişikliyə əsasən, investisiya şirkətinin və bankın müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə investisiya xidməti ilə məşğul olan əməkdaşı mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması investisiya xidməti ilə eyni zamanda məşğul ola bilməz.


İnvestisiya şirkətinin mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması investisiya xidməti ilə məşğul olan əməkdaşı eyni zamanda investisiya məsləhətlərinin verilməsi və ya fərdi investorların portfelinin idarə edilməsi üzrə investisiya xidməti (əməliyyatı) ilə məşğul ola bilməz. 

Bankın investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bütün işçiləri müvafiq ixtisas şəhadətnaməsinə malik olmalıdır. 

Bu qərar nəyə hesablanıb?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, burada söhbət bütün bank işçilərindən getmir:

“Bu qərar yalnız investisiya əməliyyatları ilə məşğul olan  bank işçilərinə aiddir. İnvestisiya əməliyyatları ilə məşğul olan bank işçilərinə müvafiq qadağalar ona görə edilir ki, onlar əməliyyatlar zamanı sui-istifadə edib, müəyyən işlər görə bilməsinlər. Məlumdur ki, investisiya üzrə  mütəxəssisləri həm qiymətli kağızlar bazarında, həm investisiya bazarlarında bütün iştirakçıların imkanlarını dəqiqliklə görür və bilir. Ona görə də əməliyyatlar zamanı hansısa sifarişçini öz xeyirlərinə istifadə edə bilərlər”.

Müsahibimiz hesab edir ki, bu qərar çoxdan verilməliydi:

“Çünki maliyyə bazarında ədalətli rəqabətin formalaşması və ədalətli qərarların qəbul edilməsi üçün investisiya mütəxəssislərinin loyallığının təminatı vacib məsələdir. Ona görə də yeni qayda tam məntiqlidir və dövrün tələblərinə tam uyğundur. Yəqin ki, indiyə qədər öz səlahiyyətlərindən istifadə edən investisiya  mütəxəssisləri olub. Ümid edirik ki, yeni qaydalardan sonra bu sahədə şəffaflıq təmin olunacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin